Onlar xına yaxdı, polis protokol yazdı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Onlar xına yaxdı, polis protokol yazdı - Foto

Sosial

26 Dekabr 2020 11:32 901


Tovuzda “xınayaxdı” məclisinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki,Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejimi qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərin qatıldığı məclisin keçirilməsinin qarşısı alınıb.

Məlum olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün “xınayaxdı” mərasimini qudası Fazil Mehdiyevin evində keçirib. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!