OPEC+ 2024-cü il üçün planlarını açıqladı

OPEC+ 2024-cü il üçün planlarını açıqladı

Dünya Veb saytların hazırlanması

04 İyun 2023 21:08 615


OPEC+ üzvü olan ölkələr razılaşmanı 2024-cü ilə qədər uzatmaq niyyətindədirlər, Səudiyyə Ərəbistanı isə könüllü olaraq neft hasilatını yenidən azaltmağı planlaşdırır.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” mənbələrə istinadən xəbər verir.

Eyni zamanda, “Reuters” mənbələrə istinadən xəbər verir ki, təşkilat üzv dövlətlər onun yeni baza səviyyələri barədə razılığa gəldikdən sonra 2024-cü ildən hasilatı azalda bilər.

Razılaşma çərçivəsində OPEC+ ölkələri bu ilin sonuna qədər neft hasilatını gündəlik 2 milyon barel azaldacaq. Aprel ayında Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra alyansa üzv ölkələr may ayından kvotadan artıq könüllü azalma - gündəlik daha 1,16 milyon barel azaldıldığını elan ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!