Orban Ərdoğana üz tutdu: Xahiş edirəm...

saytların hazırlanması

Evə çatdırılma

Orban Ərdoğana üz tutdu: Xahiş edirəm...

Dünya

10 İyul 2024 14:09 4271


Macarıstanın baş naziri Viktor Orban Rəcəb Tayyib Ərdoğandan onun sülh təşəbbüsünü dəstəkləməyi və Ukraynadakı münaqişənin həlli üçün səyləri birləşdirməyi xahiş edib.

Yenisabah.az xəbər verir ki, Orban Vaşinqtonda NATO sammiti çərçivəsində Ərdoğanla danışıqlardan sonra "Facebook" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib:

“Mən cənab prezidentdən sülh missiyamızda bizə dəstək verməsini xahiş etdim. Döyüşən tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır. Amma “sülh dostları” birləşsə, vahid səylə sülhə doğru növbəti addımı ata bilərik”. Toyuqlu pizza

Macarıstanın baş naziri, həmçinin Türkiyə prezidentini “taxıl müqaviləsi” bağlayarkən Ukrayna münaqişəsində uğurlu vasitəçilik təcrübəsi olan yeganə hökumət lideri adlandırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!