Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5 mini ötdü

saytların hazırlanması

Evə çatdırılma

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5 mini ötdü

Sosial

27 Avqust 2020 15:41 600


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb.

Yenisabah.az xəbər verir ki, onlardan 970 nəfəri əlilliyi olan şəxslər, 659 nəfəri məcburi köçkünlər, 87 nəfəri şəhid ailəsi üzvləri, 78 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunanlar, 57 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir.

Özünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalanmaları təmin ediləcək. Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi işləri aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!