Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötdü

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötdü

Dünya

28 Avqust 2022 23:09 895


Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində mindən çox insan, o cümlədən 300-dən çoxu uşaq həlak olub.

Yenisabah.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Belə ki, son məlumatlara görə, iyun ayından bəri daşqınlar nəticəsində azı 1 033 nəfər ölüb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib. pizza sifarişi

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.

Pakistan hakimiyyəti beynəlxalq humanitar yardım istəyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!