Pakistanda məscidin damı uçdu, 15 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda məscidin damı uçdu, 15 nəfər öldü

Dünya

23 Avqust 2022 20:04 1082


Pakistanın Sind əyalətində məscidin damının uçması nəticəsində azı 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Express Tribune" məlumat yayıb.

Hadisə əyalətin şimal hissəsində yerləşən Xeyrpur şəhərində baş verib. Buna səbəb bir neçə gündür davam edən güclü yağışın binanın dayaq konstruksiyalarını yuması olub. Sezar pizza

İyun ayından bəri Pakistanda davam edən musson yağışları bütün ölkədə böyük daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, musson daşqınları nəticəsində ölənlərin sayı 830-a çatıb, 1 348 nəfər zərər çəkib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!