Paşinyana alma atan qocanın aqibəti necə oldu? 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana alma atan qocanın aqibəti necə oldu? 

Dünya

25 Avqust 2024 19:49 430


Ermənistan Baş naziri Nikol Paşinyana 9-cu mərtəbədən alma atan şəxs sərbəst buraxılıb. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə "Pastinfo" nəşri yazıb. 

Bildirilib ki, yaşlı kişi haqqında cinayət işi davam etdiriləcək.  pizza sifarişi

Onun haqqında Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və haqqında başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. 

Hadisə bir neçə gün əvvəl baş verib. Paşinyan velosipedlə gedərkən baş naziri görən yaxınlıqdakı evlərin sakinlərindən biri 9-cu mərtəbənin eyvanından ona alma atıb. 

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!