“Paşinyanın sonu Saakaşvili kimi olacaq” - ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyanın sonu Saakaşvili kimi olacaq” - ŞOK AÇIQLAMA

Siyasət

26 Aprel 2024 20:08 1045


“Paşinyanın sonu Saakaşvili kimi ola bilər”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan deyib.

“Paşinyanın elektoratında məyusluq müşahidə olunur. Hakimiyyətin seçki resurslarını itirdiyini görmək mümkündür. Əgər əvvəllər seçicilərin 80 faizdən çoxu Paşinyanı dəstəkləyirdisə, indi bu rəqəm cəmi 8-9 faizdir. Bu, həm də xarici legitimliyin itirilməsi deməkdir”, – Akopyan bildirib. Dördpendirli pizza

Onun sözlərinə görə, cəmiyyətdə Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı konsensus formalaşıb.

“Lakin onun yerinə kimin keçəcəyi ilə bağlı konsensus yoxdur. İndi əsas sual budur. Ermənistan üçün liderlik məsələsi çox önəmlidir. Ermənistanda kilsə yeganə fəaliyyət göstərən qurumdur ki, hakimiyyət onu parçalaya və ya zəiflədə bilməyib. Kilsə faktoru hakimiyyət üçün təhlükədir və hakimiyyət hazırda onların daxili düşmənidir”, – deyə Akopyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!