Paytaxtda 2 narkokuryer saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda 2 narkokuryer saxlanıldı

Kriminal

12 Fevral 2024 13:32 458


Paytaxt ərazisində “taksi” sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik vasitə aşkar edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Orxan Məmmədov və 1985-ci təvəllüdlü Ramin Səbbaqi saxlanılıblar. O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq gotürülüb.

O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!