Pensiya, müavinət və təqaüdlə bağlı VACİB XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Pensiya, müavinət və təqaüdlə bağlı VACİB XƏBƏR

Sosial

19 Oktyabr 2024 11:19 25578


Bu ilin 9 ayında 142 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə “Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 29 mini pensiya, 113 mini müavinət və təqaüd təyinatları olub. pizza sifarişi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həsən
    Niyə 3 cü qrup pensiya 150 manatdı?Deyirlər 280 manatdı minimum
    2 years ago