Peskov Kadırovun xəstəliyindən danışdı

Peskov Kadırovun xəstəliyindən danışdı

Dünya Veb saytların hazırlanması

18 Sentyabr 2023 14:24 5112


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstələnməsi barədə məlumat yoxdur. 

Yenisabah.az-ın məlumatına görə, Peskov Ria-Novosti-yə açıqlamasında Kadırovun guya prezident Vladimir Putinlə görüşdüyü barədə xəbərləri də təkzib edib. 

Bundan əvvəl müxtəlif teleqram kanallarında Kadırovun gecə saatlarında Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasında öldüyü barədə təsdiqlənməmiş məlumatlar yayılıb. 

Bunun fonunda Kadırov bazar günü gəzintisinin videosunu yayıb və internetdə həqiqəti yalandan ayıra bilməyənləri təmiz havada gəzməyə dəvət edib. 

“Prezident Administrasiyası çətin ki, onun səhhəti barədə məlumat verə bilsin. Ona görə də deməyə sözümüz yoxdur”, – Peskov jurnalistlərə Kremlin Kadırovun vəziyyətindən nə dərəcədə narahat olması barədə sualına cavab verib. 

Bundan əlavə, Peskov Kadırovun Putinlə görüşmək üçün bazar günü Moskvaya uçması ilə bağlı xəbərlərə münasibət bildirib: “Onun Putinlə heç bir görüş olmayıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!