Premyer Liqada IX tur: “Qarabağ” “Qəbələ”yə qarşı

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada IX tur: “Qarabağ” “Qəbələ”yə qarşı

Şou

09 Oktyabr 2022 11:00 881


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son iki oyunu keçiriləcək.

Yenisabah.az-ın məlumatına görə, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. 7 görüşdən 21 xal toplayan "köhlən atlar" turnir cədvəlinə başçılıq edir. "Qırmızı-qaralar" isə 15 xalla 5-cidir. pizza mizza

İki komanda indiyədək Premyer Liqada 54 dəfə üz-üzə gəlib. Bunların 10-da "Qəbələ", 29-da "Qarabağ" qələbə qazanıb. 15 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Ağdam klubunun xeyrinədir - 85:43.

“Qarabağ” 16 oyundur rəqibinə uduzmur. “Qəbələ” son iki matçda xal qazanmayıb.

Tura "Sabah" - "Kəpəz" matçı ilə yekun vurulacaq. Hazırda meydan sahibləri 19 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan qonaqlar isə 8-ci yerdə gedir.

Komandalar indiyədək ölkə çempionatında qarşılaşmayıblar.

9 oktyabr (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Anar Salmanov

Qəbələ şəhər stadionu, 17:00

19:30. “Sabah” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

“Bank Respublika Arena"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!