Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

saytların hazırlanması

Evə çatdırılma

Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət

12 Dekabr 2020 10:16 825


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Yenisabah.az xəbər verir ki, bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. pizza mizza

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!