Prezidentdən “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklə bağlı   FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklə bağlı FƏRMAN

Sosial

21 Sentyabr 2020 18:17 1093


Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalayıb.

Dəyişikliklə işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək. Dominos pizza

Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!