Priqojin Afrikadan niyə qayıdırmış? – SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Priqojin Afrikadan niyə qayıdırmış? – SƏBƏB

Dünya

24 Avqust 2023 07:00 9573


Sonuncu dəfə Afrika qitəsində etdiyi çıxışla yadda qalan Yevgeni Priqojinin tələsik Rusiyaya qayıtmasının ehtimal edilən səbəbləri barədə məlumatlar yayılıb.

İddialara əsasən, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey Averyanov  “Vaqner” döyüşçülərin hamısını Afrika qitəsinə yerləşdirməklə bağlı kompleks tədbirlər planı hazırlayıb.

Bu məqsədlə Andrey Averyanov hətta 20 mindən çox şəxsdən ibarət ordu korpusunun yaradılması və onların hazırlanmısına göstəriş verib. pizza hut

Onun fəaliyyətindən xəbər tutan Y.Priqojin buna qarşı olub, nəzərdə tutulan planın qarşısını almağa cəhd göstərərək Rusiyaya qayıdıb.

Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey Averyanovun adı Sergey və Yuliya Skripalların zəhərlənməsində, 2014-cü ildə Çexiyada silah-sursat anbarlarında partlayışın törədilməsində, bolqar biznesmen və silah alverçisi Yemelyan Gevrevin 2018-ci ildə zəhərlənməsi kimi hadisələrin təşkilində hallandırılır. (Oxu.az)

Mənbə: VÇK-OQPU “Telegram” kanalı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!