Prokurorluq sosial mediadakı iddiaya cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq sosial mediadakı iddiaya cavab verdi

Kriminal

20 Fevral 2023 16:40 843


Baş Prokurorluq vətəndaşın işinin qeyri-obyektiv araşdırılması ilə bağlı iddialara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Samir Abbaslının pulunun ələ keçirilməsinə dair qeyri-obyektiv araşdırma aparılması ilə bağlı məlumatlar paylaşılıb.

"Bununla bağlı bildiririk ki, Samir Abbaslı (sifarişçi) mülkiyyətində olan mənzildə təmir işlərinin aparılması üçün Ruslan Nəbiyevlə (podratçı) podrat müqaviləsi bağlayaraq 15 min 500 manat pul ödəmiş, lakin podratçı mənzildə təmir işlərini tamamlamadığına görə barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Dominos pizza

Araşdırma zamanı Samir Abbaslının müraciətinin mülki xarakterli olması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib və ona mülki qaydada məhkəməyə şikayət etmək hüququ izah olunub.

Bundan başqa, eyni fakt üzrə Göyçay rayon məhkəməsində mülki işə baxılmış, vurulmuş ziyanla bağlı ümumilikdə 15 min 500 manat pulun Ruslan Nəbiyev tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilib", - deyə Baş Prokurorluğun məlumatında qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!