“Pul? Hansı pul?” - Co Bayden

“Pul? Hansı pul?” - Co Bayden

Dünya Veb saytların hazırlanması

09 İyun 2023 11:28 546


ABŞ Prezidenti Co Bayden Respublikaçılar Partiyasının onun korrupsiyada əli olması ilə bağlı iddialarının cəfəngiyyat olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib:

“Pul? Hansı pul? Pul haradadır? Zarafat edirəm. Bu cəfəngiyyatdır”.

ABŞ prezidenti əmin edib ki, o, heç vaxt ABŞ Ədliyyə Nazirliyinin qərarlarına təsir etməyə çalışmayıb.

Xatırladaq ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyə istinadla deyib ki, o, Baydenin korrupsiyada iştirakını təsdiq edən sənədlərin (forma FD-1023) mövcudluğunu göstərəcək.

Komer daha əvvəl də ABŞ Prezidenti və ailəsinin Çindən milyonlarla dollar aldığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!