“Rusiya prezidenti Vladimir Putin Qərbin onun rejimini devirmək niyyətində olmasından çox qorxur, lakin bizdə belə planlar yoxdur”.
Yenisabah.az “ZDF”ə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz bildirib.
“Biz Rusiyada rejim dəyişikliyi planlaşdırmırıq. Kimin harada oturacağına biz qərar vermirik”, - Şolz bildirib. pizza hut
Onun sözlərinə görə, Putinin özü yalnız diktaturasına görə cavabdehdir:
“Lakin o, açıq cəmiyyətlər, liberal demokratiyalar birliyi kimi Avropa İttifaqının onun tərəfində olmaması faktı ilə yaşamalıdır”.
Almaniya hökumətinin başçısı həm də söz verib ki, Berlinin Ukrayna ilə bağlı il yarım davam edən müharibədə birbaşa iştirakına imkan verməməyə çalışacaq.
“Mənim istəyim müharibənin qarşısını almaqdır, ona görə də, Ukraynada alman əsgərləri yoxdur və olmayacaq”, - Şolz əmin edib.
Telegram kanalımız