Putinin tərifləri Trampın xoşuna gəldi

saytların hazırlanması

Evə çatdırılma

Putinin tərifləri Trampın xoşuna gəldi

Dünya

16 Sentyabr 2023 11:55 522


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin son təriflərini yüksək qiymətləndirdiyini bildirib.

Yenisabah.az NBC-yə istinadla xəbər verir ki, Rusiya prezidentinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini düzgün adlandırıb.

Tramp bildirib: “Nə edəcəyinizi dəqiq deyə bilməzsiniz. Amma mən Putinə müəyyən şeylər deyərdim. Zelenskiyə də”. pizza sifarişi

Xatırladaq ki, ötən həftə Vladimir Putin Donald Trampın ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin həllinə kömək etmək niyyətindən məmnun olmacağını deyib.

Tramp Putinin şərhlərini təqdir edib: "Bu sözləri xoşuma gəlir. Çünki dedikləri düzdür. Mən onu otağa çəkərdim. Zelenskini də həmin otağa dəvət edərdim. Sonra onları bir araya gətirərdim. Sövdəyə girərdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!