Qaçqınlar “Facebook“a qarşı iddia qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Qaçqınlar “Facebook“a qarşı iddia qaldırdı

Dünya

07 Dekabr 2021 10:43 663


Myanmadan olan Rohinca qaçqınları "Facebook" əleyhinə 150 milyard dollarlıq iddia qaldırıblar.

Yenisabah.az "The Hill"ə istinadla xəbər verir ki, onlar sosial şəbəkəni regionda zorakılığa səbəb olan nifrət dalğasının qarşını almamaqda ittiham edirlər.

ABŞ-dakı qaçqınlar Kaliforniyanın ən yüksək məhkəməsində, Avropadakı Rohinca qaçqınları isə Böyük Britaniyada oxşar iddia irəli sürüblər. pizza mizza

Beynəlxalq Cinayət Məhkəməsi Myanma hərbçilərinin Rohincalara qarşı irimiqyaslı cinayətlər törədib-törətmədiyi ilə bağlı araşdırmaya başlayıb. 2017-ci ildə 600.000 ilə 1 milyon arasında Rohinca Myanmadan məcburən qovulub, onların əksəriyyəti qonşu Banqladeşə qaçıb.

Qaçqınların şikayətində deyilir ki, 2013-2017-ci illər arasında sosial mediada çoxlu sayda anti-Rohinca nifrət postu və dezinformasiya yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!