Qanunsuz tikililər sökülüb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz tikililər sökülüb - VİDEO

Sosial

18 Oktyabr 2024 16:24 405


Gəncə şəhərində qanunsuz tikililər sökülüb.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Savalan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. pizza hut

"Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb" , - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!