Qapalı Tramp-Orban görüşü: Nəyi müzakirə edəcəklər?

saytların hazırlanması

Evə çatdırılma

Qapalı Tramp-Orban görüşü: Nəyi müzakirə edəcəklər?

Dünya

11 İyul 2024 14:06 610


Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla Vaşinqtonda NATO sammitindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində görüşəcək.

Yenisabah.az Bloomberg-ə istindla xəbər verir ki, bu barədə mənbələr məlumat yayıb.

Ötən həftə Orban Ukraynadakı vəziyyəti həll etmək yollarını tapmaq üçün bir neçə xarici səfər edib. İyulun 5-də o, Rusiya prezidenti Vladimir Putinlə Moskvada sülh danışıqlarına başlamaq üçün mümkün şərtləri müzakirə edib. pizza sifarişi

3 gün əvvəl o, Kiyevə səfər edib və orada bu barədə Ukrayna prezidenti Zelenski ilə danışıb. Kiyev və Moskva səfərlərindən sonra Orban Pekinə səfər edib və orada Çin prezidenti Si Cinpinlə görüşüb.

Hökumət başçısı əmin edib ki, o, sülhməramlı missiyasını davam etdirmək və xüsusən də NATO sammitində Vaşinqtonda qalmasından bu məqsədlə istifadə etmək niyyətindədir.

Mənbələrdən biri vurğulayıb ki, Tramp Orbandan Rusiya və Ukrayna arasında hər hansı sülh sazişi üçün zəmin yaratmağı tələb etməyib.

Qarşıdan gələn görüşün digər təfərrüatları açıqlanmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!