Qəbələ RLS-in rəhbərliyi dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Qəbələ RLS-in rəhbərliyi dəyişdi

Sosial

27 Dekabr 2024 17:39 320


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru Namiq Ələkbərov vəzifəsindən azad edilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

Onun digər əmri ilə RLS-ə rəhbərlik İlkin Şıxqəmzəyevə həvalə olunub. pizza sifarişi

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!