“Qladiator”dan Türkiyəyə ilə bağlı çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Qladiator”dan Türkiyəyə ilə bağlı çağırış

Dünya

24 Avqust 2022 07:27 1134


Oskar mükafatlı yeni zelandiyalı aktyor, kinorejissor və musiqiçi Rassel Krou pərəstişkarlarını Türkiyəyə səfər etməyə çağırıb.

Hollivud ulduzu onu Türkiyəyə dəvət edən “Twitter” istifadəçisinə cavab verib.

“Türkiyəni çox sevirəm. Necə də sonsuz dərəcədə füsunkar və gözəl ölkədir. Əgər Türkiyədə heç vaxt olmamısınızsa, həqiqətən getməyi planlaşdırmalısınız”, - aktyor sosial şəbəkədə yazıb. pizza

Onun tviti çox sayda bəyənmə toplayıb.

Qeyd edək ki, 58 yaşlı Rassel Krou 2001-ci ildə üç nominasiya üzrə “Oskar” mükafatı qazanıb.

O, başda “Qladiator” və “Nuh” kimi ekran əsərləri olmaqla, çoxsaylı filmlərilə tanınır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!