Qubada 500 hektar meşə yanıb   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qubada 500 hektar meşə yanıb - Fotolar

Hadisə

20 Avqust 2022 13:54 1137


Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. 

"Report" xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur: Pepperoni pizza

"Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

Qeyd edək ki, Quba rayonunda yanğınlar bir neçə meşəni əhatə edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!