Rasim Balayev Elza Seyidcahanla barışmasından danışdı: “Savaşmamışıq, sadəcə mənə onun...”

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayev Elza Seyidcahanla barışmasından danışdı: “Savaşmamışıq, sadəcə mənə onun...”

Şou

27 Sentyabr 2022 21:12 6329


Rasim Balayev Elza Seyidcahanla barışmasından danışıb.

Xalq artisti Yenisabah.az-a açıqlamasında Elza Seyidcahanla arasında heç bir qalmaqalın olmadığını bildirib:

"Mənimlə Elza Seyidcahan arasında heç bir qalmaqal olmayıb. Biz savaşmamışıq. Sadəcə, mənə onun şeirləri barədə sual verdilər, mən də "belə şeir yazarlar?" tənqidi-ritorik sualını verdim. Toyuqlu pizza

Məni verilişə dəvət etdilər. Mən də məndən başqa kimlərin olacağını soruşmadan dəvəti qəbul etdim. Verilişdə Elza Seyidcahan mənə şeirlər toplusundan ibarət adını bilmədiyim kitabını hədiyyə etdi. Hələ ki oxumamışam. Amma oxuyacağam".

Elza Seyidcahan "Ötən günlər" proqramında aktyor Rasim Balayevin alnından öpdüyü şəkillərini instaqram hesabında paylaşıb. İzləyiciləri bəstəkar-müğənninin bu hərəkətini səmimi qarşılayıb.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!