Rəsmi Ankara Ukrayna-Rusiya müharibəsinə qoşulmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Ankara Ukrayna-Rusiya müharibəsinə qoşulmayacaq

Dünya

11 Dekabr 2021 09:59 786


"Türkiyə Rusiya və Ukraynanın iştirakı ilə hərbi əməliyyatların başlanması ssenarisində Kiyevin tərəfində Moskva ilə münaqişəyə girməkdə maraqlı deyil".

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu adını açıqlanmasını istəməyən bir rəsmi bildirib.

Onun sözlərinə görə, bu, hətta Ankaranın NATO-ya üzvlüyü və Ukrayna tərəfi ilə "Bayraktar TB22 PUA-larının satışı şəklində hərbi əməkdaşlığın gücləndirilməsi nəzərə alınsa belə baş verməyəcək. Dominos pizza

“Türkiyə Ukraynadakı addımlarını Vaşinqtonla əlaqələndirmir, ancaq öz maraqlarını qorumaq üçün müstəqil hərəkət edir”, - deyə mənbə izah edib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Türkiyənin Rusiya ilə hərbi qarşıdurma qurmaq istəməməsi prezident Rəcəb Tayyib Ərdoğanın “manevr”lə səciyyələnən xarici siyasətini əks etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!