Baş nazir İrakli Qaribaşvili Ukraynanın Gürcüstandakı daxili siyasi hadisələrə diqqətinin artmasının anlaşılmaz olduğu qənaətindədir.
Yenisabah Sputnik Gruzia-ya istinadla xəbər verir ki, o, eks-prezident Mixeil Saakaşvilinin müalicə üçün Ukraynaya köçürülməsi tələbi ilə əlaqədar Gürcüstan səfirini məsləhətləşmələr üçün Tbilisiyə göndərmək qərarını əsassız sayır.
Qaribaşvili deyib: "Son 1 ildə 20 milyondan çox ukraynalı evlərini tərk edib, ərazilərin 20%-i itirilib, Ukraynaya isə 1 trilyon dollardan çox ziyan dəyib. Bu faciədir. Ona görə də mənə aydın deyil. Nə üçün bu mövqedə Ukrayna rəhbərliyinin diqqətini bizim daxili siyasi məsələlərə cəmləməyə vaxtı var”. pizza
Telegram kanalımız