“Gürcüstan hakimiyyəti Rusiya ilə yaxınlaşmaq istəyir”.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bunu Gürcüstanın müxalifətçi deputatı Giorgi Vaşadze deyib.
Onun sözlərinə görə, ölkə Avro-Atlantika kursuna sadiq əhalidən gizli şəkildə Rusiya Federasiyası ilə yaxınlaşır:
“İndiki hakimiyyət Rusiya ilə yaxınlaşmaq istəyir. Amma onlar bunu gizli şəkildə edir, çünki əhali buna qarşıdır və Avro-Atlantika kursuna sadiqdir”.
Müxalifətçi qeyd edib ki, Gürcüstan təhlükə qarşısında tək qalacaq, çünki Ermənistan, Qırğızıstan və digər ölkələr Moskvaya qarşı “soyuyublar”.
Telegram kanalımız