Ronaldu məhkəmə qarşısına çıxa bilər – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ronaldu məhkəmə qarşısına çıxa bilər – FOTO

Dünya

15 Aprel 2024 08:14 340


“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu qardaşı Huqo Dinarte Santos Aveyro ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün şahid qismində məhkəmə iclasına çağırıla bilər.

Məlumata görə, Ronaldunun qardaşına qarşı dələduzluq faktı ilə bağlı iş açılıb. Proses iş adamı Rokko Valenti ilə Ronaldunun qardaşının nümayəndəsi olduğu şirkət arasında 2019-cu ildə bağlanmış müqavilənin nəticələri ilə bağlıdır.

Tərəflər arasında Ronaldunun idman köynəklərinin istehsalı üzrə anlaşılmazlıq yaşanıb. Köynəklərin dizaynını Ronaldunun qardaşı bəyənib, lakin sifarişçi onunla razılaşmayıb. pizza mizza

Valentinin maraqlarını təmsil edən vəkil Robert Kapraya növbəti məhkəmə iclası üçün mayın 31-də Kriştianunu çağırmağı təklif edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!