Röyadan şəhidlərə hörmətsizlik? - “Balaca bir şeyi şişirdib...”

saytların hazırlanması

Evə çatdırılma

Röyadan şəhidlərə hörmətsizlik? - “Balaca bir şeyi şişirdib...”

Şou

08 Avqust 2022 10:27 2034


Röya Ayxanın avqustun 5-dəki "Dalğa Biç"dəki (Mərdəkan) konserti müzakirələrə səbəb olub.

Konsertin şəhid xəbərləri ilə eyni günə təsadüf etməsi və təxirə salınmaması cəmiyyəti hiddətləndirib.

Yenisabah.az-a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov bildirib: Sezar pizza

“Mənim Röya Ayxanın yerinə fikir söyləmək ixtiyarım var. Onunla bu barədə  danışmışıq. Rəy bildirmək istəmədiyini deyib. Balaca bir şeyi şişirdib özlərini reklam eləmək istəyənlərə fikir vermək lazım deyil”.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və AzTV təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin avqustun 5-də Şuşada baş tutmalı olan “Qala” konserti məhz Azərbaycan Ordusunun avqustun 3-də və 5-də şəhid verməsinə ehtiram əlaməti olaraq təxirə salınıb.

İmamət  İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!