Rumıniya Cənubi Koreyadan yeni silahlar alacaq

saytların hazırlanması

Evə çatdırılma

Rumıniya Cənubi Koreyadan yeni silahlar alacaq

Dünya

10 İyul 2024 13:10 503


Cənubi Koreya Rumıniya ilə 920 milyon avro dəyərində hərbi texnikanın satışına dair müqavilə bağlayıb.

Yenisabah.az “Yonhap”a istinadla xəbər verir ki, müqavilənin bir hissəsi olaraq Seul Buxarestə 54 "K-9" özüyeriyən haubitsa və sursat daşımaq üçün nəzərdə tutulmuş 36 "K-10" zirehli texnikası tədarük edəcək.

Bu, Rumıniyanın son yeddi ildə bağladığı ən böyük silah müqaviləsidir. pizza hut

Sazişin icrasına 2027-ci ildə başlanacaq.

Tərəflər sazişi Cənubi Koreya prezidenti Yun Seokun rumıniyalı vəzifədaşı Klaus İohannis ilə görüşündən 3 ay sonra imzalayıblar və burada müdafiə və nüvə enerjisi sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!