Rus deputat: “Rusiyaya qarşı hərbi təxribat hazırlanır”

saytların hazırlanması

Evə çatdırılma

Rus deputat: “Rusiyaya qarşı hərbi təxribat hazırlanır”

Dünya

10 Dekabr 2021 10:58 661


Rusiya Ali Radasının deputatı İlya Kiva iddia edir ki, Kiyev və onun tərəfdaşları Rusiyaya qarşı hərbi təxribat hazırlayır.

“Yeni Sabah”ın məlumatına görə, deputat düşünür ki, onlar bir daşla iki quş vurmağa çalışır: “Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək üçün əsas tapacaq və “Şimal axını 2”ni əngəlləməyə çalışacaq, Kiev hakimiyyəti isə “aclıq və soyuq müharibə uğursuzluqlarını silə biləcək”. 

“Qərb mediası Rusiyanın guya yanvarın sonunda Ukraynaya işğala hazırlaşdığını yazır” deyən deputat bunu təxribatın birinci mərhələsi adlandıraraq, məhz bu vaxt Ukraynanın “iqtisadi çöküşün pik nöqtəsini” gözlədiyini vurğulayıb. pizza

“Əminəm ki, Rusiya bu cür ssenarilərə çoxdan hazırdır və yaxın gələcəkdə biz cavab tədbirləri və əks arqumentlər görəcəyik, ardınca isə danışıqlar masası arxasında Zelenski öz indulgensiyasının bazarlığını edəcək”, - deyə siyasətçi əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!