Rusiya qüvvələri Odessaya hücum etdi - Taxıl terminalı yandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qüvvələri Odessaya hücum etdi - Taxıl terminalı yandı

Dünya

11 İyul 2023 10:09 736


Rusiyanın Ukraynanın Odessa bölgəsinə hücumu nəticəsində liman infrastrukturuna zərbə endirilib, taxıl terminalı yanıb. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. 

Gecə saatlarında Rusiya Federasiyası Ukraynanın cənubuna güclü PUA hücumu həyata keçirib. Qara dəniz istiqamətindən Rusiya qüvvələri bir neçə “Shahed” hücum dalğası təşkil edib. pizza mizza

Hava hücumundan müdafiə qüvvələri tərəfindən 22 PUA məhv edilib, lakin ikisi liman obyektinin inzibati binasına düşüb. Bundan əlavə, vurulan dronların parçalarının yerə düşməsi səbəbindən 2 liman terminalı, o cümlədən taxıl terminalı yanıb. 

Yanğın söndürülüb, kritik dağıntı və tələfat yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!