Rusiya təbii qazını Almaniyaya daşıyan “Şimal axını” boru kəməri ilə daşımalar üç gün müddətinə dayandırılıb.
Yenisabah.az xəbər verir ki, Nord Stream AG şirkətinin açıqladığı məlumatlara görə, 31 avqust - 2 sentyabr tarixləri arasında boru kəməri ilə təbii qazın daşınması planlaşdırılmır.
“Qazprom” avqustun 19-da elan edib ki, “Şimal axını” xəttində işləyən tək kompressor qurğusuna texniki qulluqla əlaqədar avqustun 31-dən təbii qaz axını üç gün müddətinə dayandırılacaq. Toyuqlu pizza
Kremlin sözçüsü Dmitriy Peskov bu gün verdiyi açıqlamada, təbii qaz nəqlinin sanksiyalara görə dayandığını, vətəndaşların avropalı siyasətçilərin atdığı addımlar səbəbindən çoxlu pul ödəməli olduğunu bildirib.
Telegram kanalımız