Rusiya- Ukrayna müharibəsinin 6 ayı: Qanlı döyüşlər qabaqdadır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya- Ukrayna müharibəsinin 6 ayı: Qanlı döyüşlər qabaqdadır

Dünya

24 Avqust 2022 15:38 1081


Rusiya-Ukrayna müharibəsinin başlanmasının bu gün altı ayı tamam oldu. Müharibənin proqnozlaşdırılandan uzun sürməsi ortaya çoxsaylı ehtimalların çıxmasına səbəb olub. Tərəflər arasında hərbi əməliyyatların hələ uzun müddət davam edəcəyi ilə bağlı gözləntilər də var. 

Rusiya-Ukrayna müharibəsi nə zaman başa çatacaq? Tərəflərin tezliklə silahı yerə qoyması gözlənilirmi?

Yenisabah.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “artıq 6 aydır ki, dünya Avropanın mərkəzində Rusiya-Ukrayna müharibəsinin şahididir” deyib:  pizza sifarişi

“Bu müharibə yalnız Ukrayna və Rusiya arasında deyil, həm də ABŞ və Rusiya arasında güc nümayişidir. Bu müharibə Avropa İttifaqı ilə Rusiyanın yeni münasibətlərə qədəm qoyması, Avrasiyanın geo-siyasi, geo-iqtisadi və loqistik mərkəzinə düzən yaradacaq sivilizasiyalara təsir edəcək bir müharibədir.

Altı aydır ki, müharibə davam etməkdədir və altı aydır ki, mülki əhaliyə qarşı iyirmi birinci əsrdə güc nümayiş etdirilməsinin, müxtəlif silahlardan istifadə olunmasının şahidiyik. Fikrimcə ağır silahların yoxlanışdan keçirilməsi üçün Ukrayna hədəf alındı".

Politoloq bildirib ki, tərəflər arasında müharibənin başa çatması və sülh sazişinin imzalanması Putin və Zelenski üçün qeyri-mümkün görünür.

“İndiki vəziyyətdə heç bir tərəf daxili auditoriyanın onları zəif görməməsi üçün güzəştə getməyəcək. Hazırki vəziyyətdə ən optimal seçim atəşkəs elan olunmasıdır ki, bu da avqust və sentyabr aylarında reallaşması mümkün deyil.

Türkiyənin vasitəçiliyi ilə hazırda danışıqlar pis və yaxud yaxşı davam etdirilir. Ərdoğanın qlobal taxıl təhlükəsizliyi məsələsində çox böyük rolu vardır. Eyni zamanda onun sülh danışıqlarındakı əzmkarlığını qeyd etmək olar.

Məsələ burasındadır ki, həm ölkələrin müharibəyə baxış bucağının fərqli olması, həm də Ukraynanın arxasında dayanan güclərin müharibənin bitməsində maraqlı olmaması hadisələrin gedişinə öz təsirini göstərir. Yaxın zamanlarda münasibətlərin yumşalmasına deyil, daha da gərginləşməsinə şahid ola bilərik”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!