Rusiyada polis azərbaycanlını adına görə saxladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada polis azərbaycanlını adına görə saxladı

Hadisə

29 May 2022 19:34 2316


Rusiyanın paytaxtı Moskvanın hava limanında "Ya Zamir" ("Я Замир", tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç məlumat paylaşıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!