Rusiyadan AÇIQLAMA: Səbirli olmaq lazımdır 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan AÇIQLAMA: Səbirli olmaq lazımdır 

Dünya

22 İyul 2024 11:41 616


ABŞ prezidenti Co Baydenin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsindən sonra ilk açıqlama Rusiyadan gəlib. 

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib: 

"Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmaq və baş verənləri diqqətlə izləmək lazımdır".  Dominos pizza

Rusiya-Ukrayna müharibəsinə də toxunan Peskov "Bizim üçün prioritet xüsusi hərbi əməliyyatdır" deyib. 

Peskov həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Baydeni Rusiyanın üstünlük verəcəyi proqnozlaşdırıla bilən namizəd kimi təsvir edib. (News24.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!