Rusiyalı idmançı Belarusda həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı idmançı Belarusda həbs olundu

Dünya

23 Avqust 2022 14:48 942


Rusiyalı həndbolçu Aleksandr Sinitsın Belarusda təlim-məşq toplanışı zamanı saxlanılıb. 

"Report" xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Rusiyanın ikiqat çempionu olan Sinitsın "Don kazakları" klubu ilə birgə Belarusun Brest şəhərindəki təlim-məşq toplanışında olub. Klubun oyunçuları qarşılaşmalardan birindən sonra getdikləri karaokedə əlbəyaxa davada iştirak ediblər. O və münaqişənin digər iştirakçıları həmin gün saxlanılıb. Lakin sonradan Sinitsından başqa hamı azad edilib və həndbolçuya qarşı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Sezar pizza

İdmançının yaxınları onun iki həftədir həbsdə olduğunu və həndbolçu ilə birbaşa əlaqələrinin olmadığını deyir, açılmış işin uydurma ola biləcəyinə inanırlar.

İdmançı təyin olunmuş belaruslu vəkil isə bildirib ki, Sinitsın istintaq təcridxanasını yalnız zərərçəkmişə 10 min dollar (17 min manat) və istintaqa 800 min Rusiya rublu (22 640 manat) girov ödədiyi halda tərk edə bilər.

Rusiya Həndbol Federasiyasının baş direktoru Lev Voronin isə "Sport-Ekspress"ə açıqlamasında bu məsələ ilə klubun məşğul olduğunu, lazım olacağı halda onların da dəstək göstərəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!