YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Rusiyalı oliqarxların 14,6 milyard avro vəsaiti dondurulub

Rusiyalı oliqarxların 14,6 milyard avro vəsaiti dondurulub

Dünya

30 Sentyabr 2022 17:27 548


"Avropa İttifaqı və Yeddilik Qrupu (G7) ölkələri rusiyalı sahibkarların 30 milyard avro dəyərində aktivlərini dondurub”.

Yenisabah.az xəbər verir ki, bu barədə sentyabrın 30-da Madriddə keçirilən “Yeni İqtisadiyyat” konfransında çıxış edən Avropa komissarı Didye Reynders bildirib.

"Bu müddət ərzində Avropada rusiyalı oliqarxların 14,6 milyard avro vəsaitini dondurmaq mümkün olub. O cümlədən Rusiya Mərkəzi Bankının ehtiyatlarından 300 milyon avro müsadirə edilib", - deyə Avropa komissarı vurğulayıb.

Reyndersin aydınlaşdırdığı kimi, İspaniyada rusiyalı sahibkarların 41 milyon avroluq aktivləri dondurulub.

"Bir və ya iki Aİ dövlətində heç bir aktiv dondurulmayıb. Məsələn, Macarıstanda sadəcə 3,000 avronun dondurulduğu barədə məlumat almışıq. Bu, çox qəribədir ", - deyə Didye Reynders əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!