Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında (TŞ) Rusiyanın üzvlüyünə xitam verməyə, yaxud öz-özünü buraxmağa çağırıb.
Yenisabah.az xəbər verir ki, bu təşəbbüsü dövlət başçısı BMT TŞ-ə videomüraciətində irəli sürüb.
“BMT Təhlükəsizlik Şurası Ukraynada sülhü bərpa etməyə yönələn qərar verməlidir. Bu qərarı verə bilmirsinizsə, onda qalır iki yol: ya Rusiyanı işğalçı dövlət kimi qurumdan xaric edirsiniz, təhlükəsizlik sistemində islahat aparırsınız, ya da başqa alternativ tapılmasa, bu qurumun özünə xitam verirsiniz”, - Ukrayna lideri qeyd edib. Sezar pizza
Telegram kanalımız