Rusiyanın Əməkdar artistinin ayağı amputasiya edildi

Rusiyanın Əməkdar artistinin ayağı amputasiya edildi

Dünya Veb saytların hazırlanması

17 Sentyabr 2023 00:25 463


Rusiyanın Əməkdar artisti Aleksandr Qalevskinin sol ayağını amputasiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə 81 yaşlı aktyor "Beşinci Kanala" müsahibəsində deyib. O, səhhətində yaranan problemlər səbəbindən həkimlərin bu qərarı verdiyini açıqlayıb:

"Artıq formada deyiləm, ayaqlarım yoxdur. Həyat belə gətirdi".

Aktyorun sözlərinə görə, o, hazırda evdə əlil arabası ilə gəzir.

Qeyd edək ki, Qalevski “Gözlənilməz sevgi”, “Ovda dram”, “Ruhda güclü”, “Trembita”, “Balqabaq 13 stul”, “Satılmış gülüş”, “Uzun vida” ekran işlərində rol alıb./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!