Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın SSRİ-dən ayrılaraq müstəqilliyini elan etməsinin 31-ci ildönümü ərəfəsində Rusiya tərəfindən daha ciddi hücumlar ola biləcəyi barədə xəbərdarlıq edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Zelenski xalqı ayıq-sayıq olmağa çağırıb. Prezident deyib ki, Moskva Ukraynanın Müstəqillik Günü və həmçinin fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun yarım illiyi ərəfəsində “xüsusilə çirkin bir şeyə” cəhd edilə biləcəyini itisna etməyib.
Zelenski deyib ki, o, Fransa prezidenti Emmanuel Makronla “bütün təhdidləri” müzakirə edib və Türkiyə prezidenti Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş də daxil olmaqla, digər liderlərə də xəbər göndərilib. pizza sifarişi
Telegram kanalımız