“Ruslar ya qaçacaq, ya öləcək, ya da təslim olacaqlar” - Ukraynalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Ruslar ya qaçacaq, ya öləcək, ya da təslim olacaqlar” - Ukraynalı ekspert

Dünya

29 Avqust 2022 17:28 982


“Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində hücuma keçdi və işğalçılar sadəcə qaçmağa qərar verdilər, çünki müdafiə üçün imkanları az idi”.

Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jadanov “Freddom” teelkanlına Ukraynanın cənubunda baş verənləri şərh edərkən deyib.

Ekspertin fikrincə, baş verməli olanlar cənubda artıq başlayıb: pizza mizza

“Müdafiəçilərimiz maddi-texniki təchizat sxemlərini pozaraq Rusiya Federasiyasının qabaqcıl bölmələrinin döyüş qabiliyyətinin səviyyəsini aşağı sala bildilər. İndi rus faşistləri bundan sonra nə edəcəklərinə qərar verməli olacaqlar.

Onların bir neçə variantı var. Ya qaçacaqlar, ya da mərmilərimiz altında öləcəklər, ya da təslim olacaqlar. Onlar isə qaçmağı seçdilər”.

Jdanov əlavə edib ki, rusların bölgədə üç müdafiə xətti var:

“Onları tikməyə başladılar və yadınızdadırsa, uzunmüddətli atəş nöqtələri şəklində beton divarlar gətirdilər. Taxta sütunlar əraziyə daşındı. Onların bu gün nə qədər möhkəmləndiyini söyləmək çətindir. Lakin, əgər onların döyüşəcəkləri bir şey olsaydı, məncə, bu qədər tez qaçmazdılar.Onlar həmin bölgədə aylardır müdafiə səddi qururdular”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!