Rusiya hərbçiləri tərəfindən oğurlanmış 53 uşaq Ukraynaya geri qaytarıb. Bundan əlavə, oğurlanmış ukraynalı uşaqların qeyri-qanuni şəkildə övladlığa verilməsi ilə əlaəqdar Rusiya məhkəməyə veriləcək.
Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
"Artıq 53 uşaq geri qaytarılıb. İndi söhbət məhkəmə çəkişmələrindən gedir. Mən tapşırıq vermişəm ki, belə hallar aydın şəkildə qeydə alınsın, övladlığa götürmənin harada baş verdiyi tapılsın. Biz bütün bu faktları məhkəməyə verəcəyik, Rusiyanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik, çünki bu, dövlətimizə, uşaqlarımıza qarşı cinayətdir”, - Vereşçuk mətbuata açıqlamasında deyib. pizza sifarişi
Telegram kanalımız