Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər 

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər 

Siyasət

20 Aprel 2024 09:41 595


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili partiyası – Vahid Milli Hərəkatdan İdarə Heyəti yaratmağı və onu sədr təyin etməyi xahiş edib. 

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili müxalifətə müraciətində deyib. 

“Mən Vahid Milli Hərəkat Partiyasından xahiş edirəm ki, yaxın günlərdə partiyanın İdarə Heyətini yaratsın və İdarə Heyətinin sədri vəzifəsinə mənim namizədliyimi irəli sürsün”, - eks-prezident qeyd edib.  Pepperoni pizza

Saakaşvili həmçinin bildirib ki, parlamentdə baxılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları ilə tam razıdır və onlar kimi bu qanun layihəsini də “rus layihəsi” hesab edir. 

Siyasətçi müxalifət qüvvələrinə oktyabrda keçiriləcək parlament seçkiləri üçün birləşməyi tövsiyə edib. Onun fikrincə, müxalifət 70 faiz səs toplamaq iqtidarındadır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!