Sabah bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sosial

16 Yanvar 2025 21:24 156


Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazisində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq"dan məlumat verilib.

Bildirilib ki, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. pizza hut

Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!