Salyanda saxlanılan narkokuryerdən 5 kiloqramdan artıq heroin götürülüb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Qasımovdur.
Dindirilmə zamanı E.Qasımov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. Dördpendirli pizza
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız