Samirə Məmmədzadəni öldürən şəxsin məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Samirə Məmmədzadəni öldürən şəxsin məhkəməsi başlayır

Kriminal

09 İyun 2023 20:28 870


Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Belə ki, tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Toyuqlu pizza

Qeyd edək ki, cari il fevralın 19-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1982-ci il təvəllüdlü Taleh Əhmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Samirə Məmmədzadəyə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!