Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçdı

Kriminal

03 Fevral 2023 15:01 1641


Bloqer Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun bir müddət öncə qəza törədərək hadisə yerindən qaçdığı bildirilir. 

Belə ki, S.Kətanova özünə məxsus “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloqer hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Sezar pizza

Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!